08 May 2024
“Facebook” Azərbaycan bayrağı nişanını Ermənistanınkı ilə əvəzlədi – RƏSMİ AÇIQLAMA

“Facebook” Azərbaycan bayrağı nişanını Ermənistanınkı ilə əvəzlədi – RƏSMİ AÇIQLAMA

29 Avqust 2023
Baxış: 597

“Facebook” sosial şəbəkəsində paylaşımların tərcüməsi zamanı Azərbaycan bayrağını əks etdirən nişan Ermənistan bayrağı ilə əvəz edilir. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Oxu.az məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxlayıb. Xidmətin nümayəndəsi Ləman Hüseynzadə bildirib ki, “Facebook” sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə ETX sosial şəbəkənin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət ünvanlayıb:

“Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilmiş müraciət nəticəsində yaranmış neqativ hal aradan qaldırılıb”.