01 May 2024
Ermənistandan Laçında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təliminə REAKSİYA

Ermənistandan Laçında keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təliminə REAKSİYA

07 Sentyabr 2021
Baxış: 701

İrəvan Bakı və Ankaranın Laçın dəhlizi yaxınlığında keçirdiyi hərbi təlimlərə reaksiya verib.

AJMEDİA.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyə-Azərbaycan birgə təlimlərinin bölgədə uzunmüddətli sülh, təhlükəsizlik və sabitlik yaratmaq səylərinə mane olduğunu açıqlayıb:

“Ermənistan-Qarabağ sərhədləri və Laçın dəhlizi yaxınlığında Türkiyə və Azərbaycanın keçirdiyi hərbi təlimləri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın məğzinə uyğun hesab etmirik. Eyni zamanda bu təlimləri gərginliyi azaltmaq istiqamətində atılan addımlara zərər verən bir hərəkət kimi qiymətləndiririk. Həmçinin davamlı sülhü, təhlükəsizliyi və sabitliyi birləşdirmək səylərinə xələl gətirən addım hesab edirik” – Ermənistan XİN-in açıqlamasında deyilir.

Görünən odur ki, Ermənistan hökuməti Türkiyə və Azərbaycan ordusunun Laçın dəhlizi yaxınlığında, Qarabağda keçirdiyi birgə hərbi təlimlərdən əməlli-başlı qorxuya düşüb və çox ciddi narahatdır. Ermənistan XİN-in açıqlamasında da məhz bu qorxu hiss olunur. Lakin Ermənistan hökuməti anlamalıdır ki, Azərbaycan və Türkiyə davamlı sülh və sabitliyə nail olmaq məqsədi ilə əlindən gələni edir. Əksinə sərhəddə təxribat törədən və aranı qarışdıran isə məhz Ermənistan tərəfidir. Ancaq Azərbaycan ordusu lazımı anda Ermənistanın təxribatının qarşısını da almağa qadirdir.(Konkret.az)