14 May 2024
Ermənistanda yüksək rütbəli zabit İNTİHAR ETDİ - FOTOLAR

Ermənistanda yüksək rütbəli zabit İNTİHAR ETDİ - FOTOLAR

19 May 2022
Baxış: 590

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) kapitanı intihar edib.

AJMEDİA.İNFO xəbər verir ki, məlumata görə, hadisə İrəvanda qeydə alınıb. Belə ki, bu gün səhər saat 4 radələrində paytaxt ərazilərinin birinin həyətində kişi meyitinin tapılması barədə polis idarəsinə məlumat daxil olub.

Məlum olub ki, ölən 32 yaşlı Mamikon O.-dur.

İlkin məlumata görə, kişi özünü binanın 6-cı mərtəbəsindən atıb.

Ölən şəxsin MTX-də kapitan rütbəsində olduğu vurğulanıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertizalar təyin edilib.