01 May 2024
Ermənistanda Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisi saxlanılıb

Ermənistanda Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisi saxlanılıb

25 Sentyabr 2021
Baxış: 507

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb.

AJMEDİA.İNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri təchiz etməkdə ittiham olunur. MTX-nin məlumatından məlum olur ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri Müdafiə Nazirliyinə köçürmək məqsədilə ucuz qiymətə 1985-1991-ci illərdə istehsal olunan raketlər alıb.