14 May 2024
Ermənistanda saxlanılan hərbçimizə cinayət işi açıldı

Ermənistanda saxlanılan hərbçimizə cinayət işi açıldı

18 Aprel 2023
Baxış: 344

Ermənistanda əsir tutulan Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.yeniavaz.com