15 May 2024
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağrıldılar

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağrıldılar

06 Aprel 2023
Baxış: 323

Ermənistanda ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışı keçiriləcək.

BAKU.WS armpress-ə istinadən xəbər verir ki, bu qərar hökumətin növbəti iclasında qəbul edilib.

Məlumata görə, təlimlərə birinci və ikinci kateqoriyalar üzrə qeydiyyata alınmış sıravilər və zabitlər çağırılıb.

Təlim-məşq toplanışında ümumilikdə 2715 nəfərə qədər vətəndaş iştirak edəcək. Onlardan 2431 nəfəri sıravi və kiçikrütbəli zabit, 124 nəfəri rütbəli zabit, 160 nəfər ümumqoşun zabit heyətindən (motoatıcı qoşunlar, rabitə, kəşfiyyat, mühəndis qoşunları, raketçilər, artilleriya) olacaq.

Qərara əsasən, təlim aprelin 15-dən iyunun 15-dək keçiriləcək.

Teqlər: Ermənistan