12 May 2024
"Ermənistanda Azərbaycan və Türkiyə vətəndaşları sahələr alıb" - Tovmasyan

"Ermənistanda Azərbaycan və Türkiyə vətəndaşları sahələr alıb" - Tovmasyan

18 İyul 2022
Baxış: 445

“Müəyyən mənada inflyasiya bütün vilayətlərdə müşahidə olunur, amma səhv etmirəmsə, İrəvandan sonra maksimum inflyasiya Kotaykdadır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ermənistan Kadastr Komitəsinin sədri Suren Tovmasyan deyib.

Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq Ermənistanda yaşayış sahələri və ya istehsal, ictimai xidmət sahələri alan Azərbaycan və Türkiyə vətəndaşları olub.

“Türkiyə vətəndaşları halında bu rəqəm 70-dir, 2005-ci ildən indiyə qədər ən çox sövdələşmələrin sayı, səhv etmirəmsə, 2017-ci ildə olub. Amma eyni zamanda Türkiyə vətəndaşı dedikdə hamısının və ya çoxunun soyadları “yan”la bitir. Yəni onlar ermənidir. Azərbaycan vətəndaşları arasında da erməni olanlar var idi, amma həmin pasporta sahib olublar və bura gəliblər, müvafiq qaydada müəyyən sənədlər alıblar. Onların məskunlaşıb-məskunlaşmadığını deyə bilmərəm, biz bunu görə bilmərik”, - deyə Tovmasyan qeyd edib.