01 May 2024
Ermənistan tərəfə keçən hərbçilərimiz belə qaytarıldı - FOTOLAR

Ermənistan tərəfə keçən hərbçilərimiz belə qaytarıldı - FOTOLAR

21 Dekabr 2021
Baxış: 581

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə dekabrın 18-də Sünik rayonunda saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi ötən gün Azərbaycan tərəfinə təhvil verilib.


AJMEDİA.İNFO “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sülhməramlı kontingentin rəsmi “Telegram” kanalında prosesdən fotolar yayımlanıb.
Köçürülmə prosesi Ermənistan Silahlı Qüvvələrinin zabitlərinin, Azərbaycan nümayəndəsinin, Sünik rayonunda saxlanılan azərbaycanlı hərbçilərin özlərinin və Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsinin iştirakı ilə baş tutub.


Bildirilir ki, Rusiya tərəfinin vasitəçiliyi ilə müvafiq sənədlər imzalandıqdan sonra hərbçilər geri qaytarılıb.


Xatırladaq ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib. Müdafiə Nazirliyindən verilən məlumata görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 20-də geri qaytarılması təmin olunub.