15 May 2024
Ermənistan Naxçıvanı ikinci dəfə ATƏŞƏ TUTDU - Ordumuzun mayoru YARALANDI

Ermənistan Naxçıvanı ikinci dəfə ATƏŞƏ TUTDU - Ordumuzun mayoru YARALANDI

14 İyul 2021
Baxış: 393

Bu gün saat 10.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nəticədə, mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib. Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan atəş açıb.

Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət mayoru Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib.