12 May 2024
Ermənistan MN 21 yaşlı nazir müavini haqqında: "Onun böyük həyat təcrübəsi var"

Ermənistan MN 21 yaşlı nazir müavini haqqında: "Onun böyük həyat təcrübəsi var"

12 Yanvar 2022
Baxış: 428

“Onun çoxlu həyat təcrübəsi ola bilər.”

AJMEDİA.İNFO Sputnik Ermənistana istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan 21 yaşlı Mane Markosyanın nazirin köməkçisi təyin edilməsini şərh edərkən bildirib.

“Əgər mətbuata inanırsınızsa, departamentdə “kadr talanları” baş verir, amma reallıqda bu belə deyil. Siz bir neçə dəyişiklikləri belə adlandıra bilməzsiniz”, – deyə Sarkisyan bildirib.

Hərbi biliyi olmayan 21 yaşlı Markosyanın bu vəzifədə hazır olub-olmaması ilə bağlı suala nazir müavini belə cavab verib: “Müdafiə nazirinin köməkçisində belə biliyin olmaması heç bir problem yarada bilməz”.

Mane Markosyan Suren Papikyanın baş nazirin müavini olarkən köməkçisi olub. İndi o, müdafiə departamentində də analoji vəzifə tutub.(virtualaz.org)