15 May 2024
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən çəkindiyi üçün mina xəritələrini əvvəlcədən qaytardı

Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən çəkindiyi üçün mina xəritələrini əvvəlcədən qaytardı

07 Dekabr 2021
Baxış: 590

Beynəlxalq Ədalət Məhkəməsinin bu gün elan edilmiş qərarları arasında Azərbaycanın iddiası üzrə Ermənistanın mina xəritələrini qaytarması ilə bağlı qərarı yoxdur.

AJMEDİA.İNFO xəbər verir ki, bunun səbəbi bir neçə gün əvvəl Ermənistanın qalan ərazilərlə bağlı xəritələri Azərbaycana verməsidir.

Ermənistan məhz məhkəmənin qərarından çəkindiyi üçün xəritələri əvvəlcədən qaytarıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır.