13 May 2024
Ermənistan baş nazirinin müavini: İrəvan Bakı ilə Arazdəyən - Horadiz dəmir yolunun açılmasını müzakirə edir

Ermənistan baş nazirinin müavini: İrəvan Bakı ilə Arazdəyən - Horadiz dəmir yolunun açılmasını müzakirə edir

08 Dekabr 2021
Baxış: 527

İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Arazdəyən - Horadiz dəmir yolunun açılması imkanlarını müzakirə edir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentində hökumət saatında çıxış edən baş nazirin müavini Mher Qriqoryan bildirib.

“Dəmir yolu ilə bağlı qarşılıqlı anlayış mövcuddur. Danışıqlarımız Arazdəyən - Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, İranla və Gürcüstanla əlaqə yaratmağa imkan verir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir”, - deyə o bəyan edib.

Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya Federasiyası baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü dekabrın 1-də Moskvada keçirilib.