14 May 2024
Ermənilərin "Harop"larla məhv edilən raket kompleksləri - REAL KADRLAR

Ermənilərin "Harop"larla məhv edilən raket kompleksləri - REAL KADRLAR

19 Noyabr 2021
Baxış: 689

"Qarabağ istiqamətində 4 radioelektron mübarizə sistemi tam zərərsizləşdirilmişdi. Eyni zamanda düşmənin 8 "S-300" kompleksi, 2 "S-125" kompleksi, 5 Kruk zenit raket kompleksləri, 8 ASA kompleksləri tam sıradan çıxarılmışdı”.

AJMEDİA.İNFO "İTV”yə istinadən xəbər verir ki, bu barədə "Görünməyən qəhrəmanlar" sənədli filminində general-mayor Babək Qurbanov danışıb:

"Harop" zərbəendirici pilotsuz uçuş aparatlarının uçuş məsafəsi imkan verirdi ki, düşmənin ikinci və üçüncü eşalonları, eyni zamanda daha dərinlikdə mövqelənmiş hava hücumundan müdafiə vasitələrini aşkar edilsin və zərərsiləşdirilsin.

"Harop"larla düşmənin 5 ədəd "Elbrus" operativ taktiki raket kompleksləri sıradan çıxarılmışdı".