15 May 2024
"Ermənilərin başlarını bir az da əzsək, çox gözəl olar" - Aqil Abbas

"Ermənilərin başlarını bir az da əzsək, çox gözəl olar" - Aqil Abbas

09 Noyabr 2021
Baxış: 613

Bu gün Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasından bir il ötür. Azərbaycan xalqı Zəfər Gününü qeyd edir. Məğlub Ermənistanda isə etiraz aksiyalarına hazırlıq gedir. Ermənistan müxalifəti təzyiq yolu ilə Paşinyanı sülh müqaviləsi imzalamaqdan çəkindirməyə çalışır.

Maraqlıdır, erməni cəmiyyəti xəstə təxəyyülü ilə hərəkət edir, yoxsa nəyəsə arxayındırlar?

AJMEDİA.İNFO xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas Yenisabah.az-a açıqlamasında deyib ki, onların arxalandıqları heç bir qüvvə yoxdur, boş səs-küy salırlar:

“Onlar heç nəyə arxalanmır, sadəcə boş səs-küy salırlar. İtə deyirlər, niyə hürürsən, deyir qorxumdan. İndi səs-küydü salırlar da. Paşinyan Ermənistanı, xalqını xials etdi.

Biz Koçaryanın, Sarkisyanın ordusunu məğlub etmişik, diz çökdürmüşük. Paşinyan ordu düzəldə bilməmişdi. 30 il idi ki, onlar səngər qazıb, istehkam və plan qururdular. Lakin nəticə vermədi. Biz Ohanyanı və ətrafını darmadağın etmşik. indi kiminsə çıxıb, küçədə səs-küy salması normaldır”.

Deputatın sözlərinə görə, onların başını yumruqla bir az da əzmək lazımdır:

“Paşinyanın dünən çıxışını oxudum. Deyir ki, Zəngəzur yolu da, dəmiryolu da açılmalıdır. Hamısı açılmalıdır. Başqa yolları yoxdur. Başlarını bir az da əzsək, çox gözəl olar”.

A.Abbas qeyd edib ki, biz öz sərhədlərimizi, torpaqlarımızı qoruyuruq:

“Ermənistanın ərazisində müharibə etmək istəmirik. Biz öz sərhədlərimizi, torpaqlarımızı qoruyuruq. Onların burada torpağı yoxdur. Olmayıb.

Şuşada olsanız görərsiniz ki, Şuşada yaşayıblar, lakin Şuşada bir dənə də iş görməyiblər. 3-4 milyonçu özünə ev tikdirib. Vəssalam. Deməli, Şuşa onların olsaydı, onlar Şuşanı təzdən tikib, quradılar. Boş şeydi”.