01 May 2024
“Ermənilər bizi Böyük Turanla qorxudub, özləri İstanbulda dincəlirlər” – Rusiyalı politoloq

“Ermənilər bizi Böyük Turanla qorxudub, özləri İstanbulda dincəlirlər” – Rusiyalı politoloq

03 Fevral 2022
Baxış: 472

“Milli Müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko Türkiyə və Ermənistan arasında qarşılıqlı aviareyslərin bərpası ilə bağlı fikirlərini bölüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, Korotçenko özünün “Facebook” hesabından yazdığı statusda bu gündən etibarən İrəvan-İstanbul uçuşlarının bərpa olunacağını bildirib.

Politoloq fikirlərinin davamında ermənilərə ismarış göndərməyi də unutmayıb.

“Yəni, erməni yoldaşlar bizi “Böyük Turan”la qorxudurlar (Rusiya onların geosiyasi və hərbi maraqlarına xidmət etsin deyə). Özləri isə İstanbulda alış-veriş edib dincəlirlər”, – deyə Korotçenko qeyd edib.