09 May 2024
Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücum etdilər - Dağıntılar və xəsarət alanlar var (FOTO)

Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücum etdilər - Dağıntılar və xəsarət alanlar var (FOTO)

30 Avqust 2023
Baxış: 718

29 avqust tarixində Ermənilər tərəfindən Azərbaycanın Livandakı səfirliyinə hücum edilib.

Bu barədə səfirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, hücum nəticəsində səfirliyin şüşələri daşlarla sındırılıb və boya partlayıcılarından istifadə edilib.

Qeyd edək ki, Azərbaycanın Livandakı Səfiri səhhəti ilə əlaqədar olaraq bir neçə aydır Azərbaycandadır.

Məlumat üçün onu da bildirək ki, Livanda fəaliyyət göstərən Daşnaksütyun partiyası sözügedən görüntüləri sosial media hesablarında yayıb.


Musavat.com