13 May 2024
Erməni silahlılarına məxsus kvadrokopter ələ keçirildi - RƏSMİ

Erməni silahlılarına məxsus kvadrokopter ələ keçirildi - RƏSMİ

20 Sentyabr 2023
Baxış: 382

Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.