15 May 2024
"Erməni postunda saxladılar, təşviş içində..." - Xankəndiyə gedən tibbi yardım maşınının sürücüsü

"Erməni postunda saxladılar, təşviş içində..." - Xankəndiyə gedən tibbi yardım maşınının sürücüsü

05 Aprel 2023
Baxış: 421

“İllər sonra Xankəndi şəhərinə getdiyimə görə çox sevinirəm. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Report”a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının təcili tibbi yardım avtomobilinin sürücüsü Elşən İsmayılov deyib.

Əslən Şuşa şəhərindən olduğunu söyləyən sürücü sonuncu dəfə uşaq yaşlarında Xankəndi şəhərində olduğunu bildirib:

“İllər sonra doğma ərazilərimizə getdim və qürur hissi keçirdim. Xankəndidə dəyişiklik hiss etmədim”.

E.İsmayılov ermənilərə tibbi yardım göstərmələri ilə bağlı təəssüratlarını da bölüşüb:

“Aprelin 4-ü axşam saatlarında bizə çağırış gəldi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə ermənilərin halı pisləşib. İlkin müdaxilədən sonra onları təcili tibbi yardım maşını ilə Xankəndiyə apardıq. Yolda bizi postda saxladılar, ermənilər əvvəlcə təşvişə düşdülər. Sonra Rusiya sülhməramlıları onlara yaxınlaşıb vəziyyəti izah etdilər”.