30 Aprel 2024
Erməni deputatdan SAXTA İTTİHAM: “Azərbaycan KTMT-nin nüfuzuna xələl gətirmək istəyir”

Erməni deputatdan SAXTA İTTİHAM: “Azərbaycan KTMT-nin nüfuzuna xələl gətirmək istəyir”

03 Avqust 2021
Baxış: 623

Nikol Paşinyanın Rusiya hərbçilərini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməklə bağlı təklifi müzakirə edilir.

AJMEDİA.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ruben Rubinyan deyib. O Azərbaycanı guya KTMT-nin nüfuzuna xələl gətirməkdə günahlandırıb:

“Bizim yanaşmamız ictimaiyyətə açıqlandı. Rusiyalı tərəfdaşlarımızla müzakirələr davam edir. Nəticə olan kimi cəmiyyətə məlumat veriləcək. Azərbaycan KTMT -nin nüfuzuna xələl gətirmək niyyətindədir. Ümumiyyətlə Azərbaycanın sərt mövqeyi Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına qarşı yönəlib” – Rubinyan vurğulayıb.

Görünür Rubinyan 4 ildən sonra Azərbaycanın sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı tələb səsləndirəcəyindən ehtiyyat edir və bundan narahatdır. Aydındır ki, Rusiyalı sülhməramlılar öhdəliklərini tam şəkildə yerinə yetirmirlər və ermənilərə dəstək nümayiş etdirirlər. Bu isə Ermənistanın maraqları ilə uzlaşsa da, Azərbaycanı qane etmir.

BMT Təhlükəsizlik Şurasına edilən müraciətlə bağlı isə Rubinyan bunları deyib: “Ölkədə uyğun bir atmosfer olmalıdır. təmin etməlidir. “Bundan əlavə xarici siyasətin aktuallığı və məqsədəuyğunluğu məsələsi də var. Əgər belə bir ehtiyac yaranarsa, o zaman müvafiq addımlar atılacaq”.(konkret.az)