14 May 2024
Erməni deputat qarabağlıları TƏHQİR ETDİ: "Ləyaqətləri də yoxdur?"

Erməni deputat qarabağlıları TƏHQİR ETDİ: "Ləyaqətləri də yoxdur?"

27 Dekabr 2021
Baxış: 640

"Nikol qarabağlıların kiçik vətənlərini oğurlayıb, ləyaqətlərini də oğurlayıb?"

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

Artsax prezidenti təyin edilmiş müharibə klounu Arayik Arutyunyanın Nikol Paşinyanın Artsaxla bağlı anti-dövlət düşüncələri və həyasız yalanları haqqında bir söz deməyə cəsarət etməyəcəyi faktı olduqca proqnozlaşdırıla bilən idi. Amma başqa dövlət və yarımdövlət strukturlarından, generallardan, marşallardan, admirallardan, generalissimoslardan, prezidentlərdən, qəhrəmanlardan, antiqəhrəmanlardan, qondarma siyasi qüvvələrdən, parlament adlanan qurumdan heç bir reaksiya olmaması sadəcə olaraq ayıb və biabırçılıqdır. Nikol qarabağlıların kiçik vətənlərini oğurlayıb, ləyaqətlərini də oğurlayıb? - deyə Tevanyan yazıb. (Moderator.az)