13 May 2024
Ərəb biznesmen Azərbaycanda ADAM BIÇAQLADI

Ərəb biznesmen Azərbaycanda ADAM BIÇAQLADI

03 Noyabr 2023
Baxış: 592

Azərbaycanda tanınmış ərəb iş adamı adam bıçaqlayıb.

AJMEDİA.İNFO News24.az-a istinadən xəbər verir ki, Al-Ubeydi Ədhəm Məhəmməd Bakı şəhər sakini Sadiq Rəhimovu bıçaqlayıb.

Azərbaycanda fəaliyyət göstərən "Narginer RR" MMC-nin qanuni təmsilçisi olan Al-Ubeydi Ədhəm Məhəmməd hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağıq zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin ibtidai istintaqı başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.