10 May 2024
Ərdoğanla azərbaycanlı polis arasında MARAQLI DİALOQ: "Söz verirsənmi?"  - VIDEO

Ərdoğanla azərbaycanlı polis arasında MARAQLI DİALOQ: "Söz verirsənmi?" - VIDEO

27 İyul 2023
Baxış: 421

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankarada Polis Akademiyasında keçirilən məzun günündə azərbaycanlı tələbə Sərxan Oruclu ilə görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, Akademiya üzrə yüksək göstəriciləri olan məzunlar arasında olan azərbaycanlı tələbəni Türkiyənin dövlət başçısı özü təltif edib.

Təltifetmə zamanı Ərdoğanla S.Oruclu arasında maraqlı dialoq yaşanıb. Ərdoğan ondan Azərbaycana nə zaman qayıdacağını soruşub. Gənc polis isə ayın 29-u gedəcəyini bildirib. Həmçinin Türkiyə Prezidenti ona “qardaşım İlham Əliyevə salam söylə” deyib. O isə “oldu” cavabını verib.

Qeyd edək ki, mərasimdə Azərbaycanla yanaşı İndoneziya, Ukrayna, İraq, Konqo, Əfqanıstan və digər ölkələrdən Akademiyanı bitirən ümumilikdə 87 məzun iştirak edib.

Həmin görüntüləri təqdim edirik: