10 May 2024
Ərdoğanın oğlu Bakıdadır - FOTOLAR

Ərdoğanın oğlu Bakıdadır - FOTOLAR

28 Sentyabr 2023
Baxış: 631

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfər edib.

Bu barədə AJMEDİA.İNFO-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, B.Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.

O, liseydə 27 Sentyabr - Anım Günü münasibəti ilə təşkil edilən tədbirlərdə iştirak edib. B.Ərdoğan İlahiyyat İnstitutunda isə təhsil müəssisəsinin rektoru Aqil Şirinov ilə görüş keçirib.