14 May 2024
Ərdoğanı gözləyən Putin BELƏ ƏSƏBİLƏŞDİ - VİDEO

Ərdoğanı gözləyən Putin BELƏ ƏSƏBİLƏŞDİ - VİDEO

20 İyul 2022
Baxış: 377

Ərdoğanı gözləyən Putinin gərginliyi diqqətləri cəlb edib.

AJMEDİA.İNFO xəbər verir ki, İranda səfərdə olan prezidentlər R.T.Ərdoğan və V.Putin təkbətək görüş keçirib. Görüş öncəsi Putin bir neçə dəqiqə Ərdoğanı gözləməli olub. Gözləmə zamanı Putinin əsəblərinin gərildiyi, hətta dodaqlarını çeynəməsi medianın nəzərindən qaçmayıb.

Hətta Rusiya mediası Rusiya liderinin bu davranışına laqeyd qalmayıb.

“Kütləvi tədbirlərdə prezidentimiz özü hamını gözlətdirir. Burada isə o, Ərdoğanın intizarında tükənməkdədir. Hiss yenidir, tanış deyil. Ondan da görünür ki, əsəbidir, özünə yer tapa bilmir.

Ancaq həmin anda Putinə bu barədə sual verilsəydi, o, belə cavab verərdi: “Gözləyəcəyik, gözləyəcəyik…”, – deyə rus mediası yazıb.

Həmin kadrları təqdim edirik:

(konkret.az)