12 May 2024
Ərdoğandan əhaliyə Fələstin çağırışı

Ərdoğandan əhaliyə Fələstin çağırışı

28 Oktyabr 2023
Baxış: 527

Bu gün İstanbulda keçiriləcək Fələstinə dəstək mitinqində vətəndaşları iştirak etməyə çağırıram.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib.

“Xalqımızın hər bir nümayəndəsini Atatürk Hava Limanında keçirəcəyimiz “Böyük Fələstin mitinqi”nə dəvət edirəm. Fələstinli qardaşlarımıza həmrəy olduğumuzu dünyaya nümayiş etdirməliyik”, - deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan mitinqə xarici ölkə liderləri də dəvət edilib. //Axar.az