14 May 2024
"Ən çox məhbusu olan Avropa Şurası ölkəsi Türkiyədir"

"Ən çox məhbusu olan Avropa Şurası ölkəsi Türkiyədir"

29 İyun 2023
Baxış: 447

"Hazırda Avropa Şurası ölkələrinin həbsxanalarında ümumilikdə 981 min 575 məhbus cəza çəkir. Ən çox məhbusu olan Avropa Şurası ölkəsi Türkiyədir – 2022-ci ilin sonuna olan göstəricilərə görə, Türkiyə həbsxanalarında 303 min 945 məhbus var. İngiltərənin 79 min 92, Polşanın 71 min 874, Fransanın 69 min 964 məhbusu var".
Bu barədə hüquq müdafiəçisi Xalid Ağalı özünün sosial şəbəkə hesabında yazıb.
Bildirilir ki, Türkiyədə hər 100 min əhaliyə 355 nəfər həbsdə olan və ya azadlıqdan məhrum edilmiş şəxs düşür:
"Bu kateqoriyada Türkiyəni qonşu Gürcüstan izləyir – hər 100 minə 237 məhbus. Gürcüstandan sonra AŞ məkanında Türkiyəni Azərbaycan izləyir – hər 100 minə 217 məhbus (ümumi məhbus sayı, təxminən 22 334). Azərbaycanda hər 100 min əhaliyə 2020-ci ildə 208, 2021-ci ildə 215 məhbus düşürdü. Daha sonra Macaristan (194), Litva (191), Polşa, (190) və Slovakiya gəlir.
Ermənistanda isə ümumilikdə 2 128 məhbus var.
Azərbaycanda məhbusların illik xərci 2021-ci ildə 64,8 milyon avro təşkil edib. Hər məhbusun günlük xərci 7,97 avro təşkil edib. Bu göstərici Ukrayna istisna olmaqla AŞ məkanında ən aşağı göstəricidir. Azərbaycandan sonra hər məhbusa günlük ən az vəsaiti Türkiyə xərcləyib - 9,81 avro. Daha sonra Gürcüstan (10,55), Moldova (12,7) və Bolqarıstan (13) gəlir.
Hər məhbusa gündəlik İrlandiya 1207, Norveç 378, Lüksemburq 327, İsveç 322, Lixtenşteyn 300 avro xərcləyib. Ermənistan hər məhbusa günlük 32 avro xərcləyir.
Günlük xərcləmədə AŞ ortalaması 81,41 avro təşkil edir".
Ağalı qeyd edib ki, məlumatlar Avropa Şurasının "Prison Populations 2022" hesabatından götürülüb. Sənədi Lozanna Universiteti hazırlayıb. yeniavaz.com