10 May 2024
Əliyevlə Ərdoğan arasında MARAQLI DİALOQ - VİDEO

Əliyevlə Ərdoğan arasında MARAQLI DİALOQ - VİDEO

25 Sentyabr 2023
Baxış: 518

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana rəsmi səfər edib. Türkiyə liderini Naxçıvan Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev qarşılayıb.

AJMEDİA.İNFO xəbər verir ki, rəsmi qarşılanma mərasimi zamanı iki ölkə lideri arasında maraqlı dialoq yaşanıb.

Belə ki, Ərdoğan Naxçıvanda havanın yağışlı olmasına işarət edərək Türkiyədə havaların isti keçməsini qeyd edib: “Qardaşım, bizdə hava çox istidir”.

Ərdoğanın şərhinə təbəssümlə cavab verən İlham Əliyev isə yağışın yeni başladığını bildirib: “Leysan gedir. Bərəkətdir”.