14 May 2024
"Əliyev “Şuşa” dedi, aldı, indi də..." - Ermənilər İrəvan üçün QORXUYA DÜŞÜB

"Əliyev “Şuşa” dedi, aldı, indi də..." - Ermənilər İrəvan üçün QORXUYA DÜŞÜB

29 Oktyabr 2021
Baxış: 567

Zaman göstərdi ki, bizə vurulan mənəvi, psixoloji zərbə çox sarsıdıcı idi.

AJMEDİA.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu sözlər “Ermənistanın səsi” qəzetində yayılan məqalədə əksini tapıb.

“Saxta reallıq illüziyasını Azərbaycan Prezidenti, tezliklə, Şuşanın ələ keçirilməsi bəyanatı ilə dağıtdı. Halbuki biz Hadrutun itirilməsi ilə barışa bilməmişdik. O günlərdə və indi Əliyev öz xalqı və erməni icması ilə kifayət qədər ədalətli olub, öz planlarını gizlətməyib. Əgər onun planı o zaman maksimum Şuşanı əldə etmək idisə, indi Xankəndi yox, İrəvandır”, – deyə məqalədə bildirilib.