07 May 2024
Ekspert: Rusiyanın sülhməramlı missiyası fiaskoya uğradı -​ VİDEO

Ekspert: Rusiyanın sülhməramlı missiyası fiaskoya uğradı -​ VİDEO

15 İyul 2021
Baxış: 596

Hərbi ekspert Ramil Məmmədli Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyasının Qarabağa dəvət edilməsini təklif edib.

AJMEDİA.İNFO-nun xəbərinə görə, “Arb24” telekanalının qonağı olan ekspert Qarabağda 10 Noyabr Bəyanatından sonra baş verən proseslərdən danışıb:

“Rusiya sühməramlıları 10 noyabr tarixindən bu günədək Qarabağ ərazisində olan silahlı erməni terroçularının tərksilah etməyib. Amma bu sülhməramlıların əsas vəzifəsi idi. Sülhməramlılar Qarabağda ancaq ermənilərə ev tikməklə məşğuldur. Bu qəbuledilməzdir. Bir sözlə, Rusiyanın sülhməramlı missiyası fiaskoya uğradı. Rusiyanın sülhməramlı missiyası artıq narahatlıq yaradır”.

Verilişin tam versiyasını təqdim edirik: