01 May 2024
Əfqanıstanda yenidən güclənən "TALİBAN" - POLİTOLOQ ŞƏRHİ

Əfqanıstanda yenidən güclənən "TALİBAN" - POLİTOLOQ ŞƏRHİ

03 Avqust 2021
Baxış: 923

Böyük dövlətlərin daima maraq dairəsində olan Əfqanıstan çoxlu sayda tayfaların, etnik qrupların, fərqli dillərin və mədəniyyətlərin olduğu bir ölkədir. Əfqanıstan üçün “İmperiyaların Məzarlığı” ifadəsini işlətsək doğru olardı. Belə bir coğrafiyada etnik qrupların öz aralarında savaşları daima olmuşdur. Əfqanıstanda mərkəzləşləşdirilmiş bir sistem qurmaq olduqca çətindir. Məhz 1979-cu ildə SSRİ qoşunlarının Əfqanıstana daxil olmasından sonra yeni bir qrup peyda oldu. Onun adı Talibandır. Əslində Talibanın ortaya çıxması SSRİ-nin Əfqanıstana daxil olmasından əvvələ dayanır.


Taliban necə yarandı?

Pakistan və Əfqanıstanda olan puştu milləti etnik cəhətdən birdir. Mərkəz olaraq Pakistanın mədrəsələrində təlim, təhsil almış Taliban getdikcə Pakistanın sərhədlərin aşmağa başladı. Sovet ordusunun Əfqanıstana daxil olmasından sonra Amerika Talibana dəstəyini göstərdi. Amerikalı akademik ABŞ mücahidlərə 30 milyon dollarlıq yardım etmişdi. Bu rəqəm 1985-ci ildə 250 milyon dollara çatmışdı. SSRİ-nin işğalından sonra kommunistlər 1992-ci ilə kimi hakimiyyətdə qaldılar. Taliban 1993-1994-cü illərin başlanğıcında Molla Ömər tərəfindən quruldu. 1994-cü ilin sonunda Əfqanıstanda siyasi-sosial vəziyyət olduqca ağır vəziyyətdə idi. Ölkə bölünmüş halda ikən, Taliban əfqan xalqı üçün bir qurtracı halına gəldi. Taliban hərakatının uğurlu olmasında səbəb kimi ölkədə var olan liderlər arasında münaqişələr, siyasi hərc-mərclik önəmli olsada, güclü dövlətlərin Talibana dəstək verməsi də həlledici rol oynadı.


Talibanın beynəlxalq münasibətlərdə rolu: İllər keçdikcə güclənən Taliban həm öz qonşuluğunda olan ölkələr üçün həm də Qərb üçün təhdid halına gəldi. Talibanın beynəlxalq səviyyədə ölçü alması 2001-ci il sentyabr ayının 11-dən sonra baş verdi. Bənazir Buhutto Londonda olan bir konfransda bu ifadələri işlətmişdir. “Taliban İngiltərənin fikri, Səudiyyə Ərəbistanın mailiyyə dəstəyi, Amerikanın nəzarəti və Pakistanın tərbiyəsi ilə ortaya çıxdı.


Amerika Birləşmiş Ştatlarının Əfqanıstan siyasəti: 11 sentyabr 2001-ci ildə Amerika Ticarət Təşkilatını hədəf alan terror hadisəsi baş verdi. ABŞ bu terror hadisəsinə görə Əl-Qaidəni hədəf alır. Bundan əlavə ABŞ Əl- Qaidənin lideri Usame Bin Ladeni saxladığına görə Taliban rəhbərliyini açıq şəkildə təhdid edir. Molla Ömər isə ABŞ-ın bu çağrılarına cavab olaraq Amerikaya cihad elan etmişdir. Bütün bu proseslərdən sonra 2001-ci il oktyabrın 7-sində ABŞ yanına İngiltərəni alaraq Əfqanıstana qarşı “Sonsuz Azadlıq Hərəkatı” adı verilən əməliyyata başlamışdır. Koalisiya güclərinin etdikləri əməliyyat nəticəsində Əfqanıstanda Taliban rejimi devrilir. Ölkə yeni bir siyasi dönəmə qədəm qoyur. Ölkənin yenidən inşası məqsədilə 5 dekabr 2001-ci ildə BMT-nin rəhbərliyində əfqan qruplarının iştirakı ilə “Bonn” müqaviləsi imzalanır. Müqaviləyə əsasən Talibanın bir daha Əfqanıstanda nəzarəti ələ almaması əks olunur. Bundan başqa Əfqanıstanda təhlükəsizliyin qarantı olaraq, ISAF(Beynəlxalq Güvənlik Dəstək Gücü) təsis edilmiş, Hamid Kerzainin başçılığı altında müvəqqəti hökumət qurulmuşdur. Amerika Prezidenti Barak Obama Əfqanıstan savaşını Amerika taxinin ən uzun savaş elan etmiş, 2015-ci il üçün ABŞ hərbiçilərinin sayının 9800-ə endiriləciyini açıqlamışdır.


Nato müdaxiləsindən sonra Əfqanıstanda siyasi gerçəkliklər: ABŞ-ın “terrorla mübarizə” adı altında Əfqanıstana daxil olduğu zamandan bəri Əfqanıstanda sabitliyi bərpa etmişdir demək düzgün olmazdı. Bu zaman zərfində hər iki tərəfdən minlərlə insan itkisi və milyardlarca dollar pul xərclənməsinə baxmayaraq, görünən bir müvəfəqiyyət əldə edilməmişdir. Əfqanıstanda yaşanan bu olaylardan isə ən çox əfqan xalqı təsirlnmişdir. Başlanğıcda Talibanın zülmündən qurtulmaq üçün Amerika əfqan xalqı bölgəyə gələn Amerikanı “qurtarıcı” kimi görürdü. Lakin, illər keçdikcə Amerikanın Əfqanıstanda yürütdüyü siyasət əfqan xalqının qəzəbinə tuş gəlir. Bundan başqa Taliban xalqa göz dağı vemək üçün yerli məhkəmələr həyata keçirir, günahkar bildikləri insanları tutub edam edirdilər.


Taliban Əfqanıstanda güclənir: 2021-ci il aprel ayında Amerika prezidenti Co Bayden çıxışında Amerika hərbçilərinin 2021-ci il avqustun sonuna kimi Əfqanıstanı tərk edəcəyini demişdir. Bu açıqlamadan sonra Taliban daha da mübarizəni genişləndirdi. Əfqanıstana bağlı olan 419 vilayətdən 200-dən artığı Talibanın nəzarəti altındadır. Yaşanan bu proseslərdən sonra Taliban gücünə güc qatır. Bölgədən Amerikanın çəkilməsi fonunda Türkiyə Kabildə hava limanına nəzarət edəcək. Ancaq hava limanına nəzarət tam Əfqanıstana nəzarət etmək deyil. Görünən odurki, Talibanı dayandırmaq yaxın gələcək üçün mümkün olmayacaq, Əfqanıstandan isə xaricə insan köçü davam edəcək. Əfqanıstan Müdafiə Nazirliyi öz açıqlamısında Talibanın ələ keçirdiyi əraziləri geri almaq üçün hərbi əməliyyat edəcəyini açıqladı. Taliban hal-hazırda Əfqanıstan üçün böyük təhdid olaraq fəaliyyət göstərir. Talibanın tam məğlubiyyətə uğradılması Amerikanın planları xaricindədir.

Rüstəm Tağızadə,

AJMEDİA.İNFO