01 May 2024
Əfqanıstanda 16 min azərbaycanlının həyatı təhlükədədir: “Kömək istəyirlər”

Əfqanıstanda 16 min azərbaycanlının həyatı təhlükədədir: “Kömək istəyirlər”

19 Avqust 2021
Baxış: 673

Əfqanıstanlı etnik azərbaycanlılar yenidən Bakıdan onları xilas etmələrini xahiş edirlər.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Əfqanıstandakı Azərbaycan diasporunun nümayəndəsi Fərid Şabanpur deyibş

O qeyd edib ki, Taliban tərəfindən ələ keçirilən Əfqanıstanın üçüncü böyük şəhəri olan Heratda təxminən 16 min etnik azərbaycanlı yaşayır. Onlardan 500-ü keçmiş yerli məmurlardır:

“Bu baxımdan ailə üzvlərinin həyatı xüsusilə təhlükədədir”.

Diaspor nümayəndəsi Azərbaycandan xahiş edir ki, Əfqanıstanda vəziyyət sabitləşənə qədər bu insanları bir müddət bu ölkədən çıxarsın.