10 May 2024
ƏƏSMN-nin qarşısında ETİRAZ - Müharibə iştirakçısının atasının PENSİYASINI KƏSDİLƏR

ƏƏSMN-nin qarşısında ETİRAZ - Müharibə iştirakçısının atasının PENSİYASINI KƏSDİLƏR

03 Dekabr 2021
Baxış: 512

Bu gün bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçirib.

AJMEDİA.İNFO unikal-a istinadən xəbər verir ki, insanlar sosial müavinətlərinin kəsilməsinə etiraz ediblər. Belə ki, Vətən müharibəsi iştirakçısı Valeh Bədəlovun atası Vahid Bədəlov bildirib ki, 45 gündən çoxdur ki, pensiyası nazirlik tərəfindən kəsilib: "Mənim 2-ci qrup əlilliyim var, amma pensiyamı ay yarımdan çoxdur ki, kəsiblər. Səbəb kimi sənədlərin düzgün olmamasını göstərirlər. Dedilər ki, gözləyin. Başqa heç nə demədilər. Bu gedişlə 1 ay da, 2 ay da gözləyəcəyik".