13 May 2024
Ebru Gündeşi Şəmkirə toya gətirən milyonçu iş adamı kimdir? - VİDEO

Ebru Gündeşi Şəmkirə toya gətirən milyonçu iş adamı kimdir? - VİDEO

05 İyul 2023
Baxış: 607

Dünən Türkiyəli məşhur müğənni Ebru Gündeş Şəmkirdə toyda iştirak edib.

AJMEDİA.İNFO manşet.az-a istinadən xəbər verir ki, toy rayonun Şiştəpə kəndində baş tutub.

Tanınmış iş adamı Aydın Musayev oğlu Raminin 3 övladına kiçik toy edib. İş adamının nəvələrindən biri onun atası Paşa kişinin adını daşıyır. Digərlərinin adı isə Tuncay və Altundur.

Ebru Gündeşlə yanaşı toyda Azərbaycan estradasının tanınmış ulduzları, Xalq artisi Röya Ayxan səhnə alıb. Məclisi tanınmış aparıcı Leyla Quliyeva idarə edib.

Xatırladaq ki, Aydın Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var. Onun Şəmkir rayonunda xeyriyyəçiliklə də məşğul olduğu bildirilir. O, biznes aləmində Məmməd və Axmed ləqəbləri ilə tanınır.

Qeyd edək ki, bir neçə il öncə tanınmış iş adamının qardaşı Bayram Musayev öz oğlunun toyuna Türkiyəli məşhur müğənni Mustafa Cecelini gətirmişdi. Həmin dəbdəbəli toy da sosial şəbəkələrdə gündəm olmuşdu.

Bu gönderiyi Instagram'da gör

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi