14 May 2024
Əbdürrəhman Vəzirov VƏFAT ETDİ

Əbdürrəhman Vəzirov VƏFAT ETDİ

10 Yanvar 2022
Baxış: 456

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə Ə. Vəzirovun yaxınları məlumat yayıb. O, bu gün səhər saatlarında 91 yaşında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Əbdürrəhman Xəlil oğlu Vəzirov 1930-cu ildə Bakıda anadan olmuşdu. 1988–1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nın birinci katibi vəzifəsini icra edib. 1979–1985-ci illərdə SSRİ-nin Nepalda, 1985–1988-ci illərdə isə Pakistanda fövqəladə və səlahiyyətli səfiri olub.

O, uzun illərdir ki, Rusiya paytaxtında yaşayırdı.