15 May 2024
DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ!

DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ!

26 Fevral 2024
Baxış: 267

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub.

AJMEDİA.İNFO-nun məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub.

Hava proqnozu proqramlarının verdiyi məlumata əsasən, bu gün və sabah gecə saatlarında Bakı və Abşeron yarımadasında -1 dərəcəyə qədər şaxta olacaq. Eyni zamanda rayonlarda da şaxtalı havanın davam edəcəyi və yolların buz bağalamaq ehtimalı var.

Bakıda gecə saatların şaxtalı hava şəraitinin olacağı ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin bölmə rəisi Toğrul Nəsirli BAKU.WS-ə bildirdi ki, səhər və axşam saatlarında havanın şaxtalı olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır:

"Sürücülər meterioloji vəziyyətə uyğun olaraq sürət həddi seçməlidirlər. Bundan əlavə ara məsafəsi normadan artıq saxlanılmalı, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirilməli və ümumilikdə qaydalara riayət edilməlidir.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlara təhlükəsizlik baxımından məsuliyyətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi tövsiyə edirik.

Piyadalar da öz növbələrində hərəkət üçün nəzərdə tutulmayan yerlərdən istifadə etməsinlər. Yeraltı və yerüstü piyada keşidlərindən istifadə edərək yolu keçsinlər".