01 May 2024
"Düşüncəmiz müsbət deyil” - Ərdoğandan İsveç və Finlandiyanın NATO üzvlüyünə SƏRT REAKSİYA

"Düşüncəmiz müsbət deyil” - Ərdoğandan İsveç və Finlandiyanın NATO üzvlüyünə SƏRT REAKSİYA

13 May 2022
Baxış: 452

“İsveç və Finlandiya ilə bağlı prosesləri təqib edirik, amma bu barədə düşüncəmiz müsbət deyil”.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı qərarına belə münasibət bildirib.

Onun sözlərinə görə, Skandinaviya ölkələri terror təşkilatına qucaq açır:

“Bizdən əvvəlki rəhbərlik Yunanıstanla bağlı NATO məsələsində səhv qərar verdi. Yunanıstanın NATO-ya güvənərək Türkiyəyə qarşı davranışlarını bilirsiniz. Bu məsələdə Türkiyə olaraq ikinci dəfə səhv etmək istəmirik”.