12 May 2024
“Dur, buradan aralan!" - Azərbaycanda keçmiş Milli Qəhrəmana 8 bıçaq zərbəsi vuruldu

“Dur, buradan aralan!" - Azərbaycanda keçmiş Milli Qəhrəmana 8 bıçaq zərbəsi vuruldu

30 Dekabr 2022
Baxış: 391

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gornaboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri, keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Rasim Əkbərovu bıçaqlayaraq öldürməyə cəhd edən Xalid Məmmədova hökm oxunub.


AJMEDİA.İNFO xəbər verir ki, hadisə ötən ilin sentyabrın 8-də Goranboy şəhərində baş verib.


Məlum olub ki, Xalid Məmmədovun atası Ziya Məmmədov Rasim Əkbərovun tabeliyində birinci Qarabağ müharibəsində iştirak edib. R. Əkbərov rayon sakinləri arasında tanınan və yüksək nüfuza sahib olan biri kimi tanındığından Xalid ona yaxınlaşaraq tanışlıq verib və həbsdə olan tanışının azadığa buraxılması üçün ondan kömək istəyib. Rasim Əkbərov ondan həmin şəxsin ad və soyadını sürücüsü Zirəddinə deməyini, köməklik göstərəcəyini bildirib. Növbəti gün o çayxanada çay içərkən Xalid ona yaxınlaşıb və dünənki vədini xatırladıb. Lakin Rasim həmin vaxt telefonla danışdığından Xalidə şəxsi söhbəti olduğunu və oradan uzaqlaşmasını deyib. Xalid israr etdikdə Rasim yenidən “Dur, buradan aralan! Telefonla danışıram!”, - deyərək əsəbiləşib. Bu zaman Xalid üzərində daşıdığı bıçaqla ona 8 dəfə xəsarət yetirib. Ağır yaralanan 65 yaşlı R.Əkbərov Gəncə Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Məhkəmənin hökmü ilə Xalid Məmmədov Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri olan Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Həbs ediləndə fəxri adı ləğv olunub.

Fotoda: Rasim Əkbərov

No description available.