10 May 2024
Dünyada İLK DƏFƏ: İnsana donuz böyrəyi köçürüldü

Dünyada İLK DƏFƏ: İnsana donuz böyrəyi köçürüldü

21 Oktyabr 2021
Baxış: 1408

Amerikalı cərrahlar ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun bədənində yetişdirilən böyrək köçürmə əməliyyatını həyata keçirib.

Nyu-York Universitetinin Langon Tibb Mərkəzinin həkimləri böyrək köçürmə əməliyyatı aparıblar, hətta üç gündən sonra orqan orqanizm tərəfindən rədd edilməyib və normal fəaliyyət göstərib.

Bu, donorun gen modifikasiyası ilə asanlaşdırılıb, buna görə orqanizmdə rədd edilməsinə səbəb ola biləcək toxumalar yox idi.

Əməliyyat beyin ölümü diaqnozu qoyulan bir xəstəyə həyata dəstək aparatı ilə bağlı olaraq edilib.

Böyrək qan dövranı sisteminə bağlı olub. Cərrah Robert Montqomerinin dediyinə görə, onun fəaliyyəti "olduqca normal görünür", orqan orqanizmdən karbamiddən effektiv şəkildə təmizlənir, nəticədə xəstənin kreatinin səviyyəsi normal göstəricələrə qayıdır.(7news.az)