14 May 2024
Dünyada 2 ədəd olan avtomobil - BİRİ BAKIDADIR

Dünyada 2 ədəd olan avtomobil - BİRİ BAKIDADIR

19 Yanvar 2023
Baxış: 281

Türkiyənin Kayseri şəhərində yaşayan Hakan Maraşlı Qazaxıstanda bəyənib aldığı avtomobili ölkəsinə gətirməklə xeyli marağa səbəb olub.

AJMEDİA.İNFO xəbər verir ki, Hakan Maraşlı avtomobili özü üçün alsa da, bunun yaxşı reklam və gəlir gətirəcəyini düşünməyib.

Avtomobili görən hər kəs onunla şəkil çəkdirmək istəyir.

Avtomobil "Kül kedisi” nağılındakı araba formasında hazırlanıb.

"Avtomobili Qazaxıstandan Türkiyəyə gətirmək üçün 650 min lirə xərclədim. Bildiyimə görə, bu maşından bütün dünyada 2 dənədir. Biri Kayseridə, digəri isə Bakıdadır”,- o bildirib.

Qeyd edək ki, "Kül kedisi"nin Bakıdakı avtomobili gəlin maşını kimi icarəyə verilir.

/Lent.az