12 May 2024
Dünya Ərdoğanın bu həmləsindən danışır - VİDEO

Dünya Ərdoğanın bu həmləsindən danışır - VİDEO

12 Oktyabr 2023
Baxış: 443

Prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın əlində olan girovların azad edilməsi üçün apardığı danışıqlar nəticə verdi.

AJMEDİA.İNFO xəbər verir ki, HƏMAS-ın silahlı qanadı “Əl-Qəssam Briqadası” əsir götürdüyü israilli qadını və iki uşağını azad edib. Məlumata görə, HƏMAS-ın saxladığı israilli girovlar üçün hərəkətə keçən Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada HƏMAS rəsmiləri ilə görüşüb.

Ərdoğanın səyi nəticəsində dinc insanlar sərbəst buraxılıb. “Əl-Cəzirə” televiziyası qadının və uşağının sərbəst buraxılmasını əks etdirən görüntüləri dərc edib.

Qeyd edək ki, HƏMAS bundan əvvəl girov götürülən şəxslərin fələstinli əsirlərin sərbəst buraxılması qarşılığında azad ediləcəyini bəyan etmişdi.