10 May 2024
DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat KEÇİRİR - SAXLANILANLAR VAR

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat KEÇİRİR - SAXLANILANLAR VAR

23 Noyabr 2022
Baxış: 390

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirir.

AJMEDİA.İNFO xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb.

Saxlanılan şəxslərin olduğu qeyd olunur. Bildirilir ki, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. (E-huquq.az)