14 May 2024
DSX-nin zabiti faciəli şəkildə öldü: Məşhur aparıcının qardaşıdır - FOTO

DSX-nin zabiti faciəli şəkildə öldü: Məşhur aparıcının qardaşıdır - FOTO

16 Avqust 2021
Baxış: 1641

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, Astara-Şahağacı yolunda Bakı sakini Əlihüseyn Əlizadənin idarə etdiyi 90-MZ-032 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.

Məlumata görə, hadisə yerində vəfat edən 1989-cu il təvəllüdlü Əlihüseyn Əlizadə Rafail oğlu tanınmış aparıcı Vüsalə Əlizadənin qardaşıdır. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.

Faktla bağlı araşdırma aparılır.