Bakının bu ərazilərində QAZ OLMAYACAQ
8 saat əvvəlDSX əməliyyat keçirib, saxlanılanlar var - FOTO
24 Dekabr 2021
Baxış: 539
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əməliyyat keçirib, saxlanılanlar var.
AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar.
Onların üzərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapının saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər “marixuana” aşkarlanıb.
Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini, 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.