13 May 2024
Dövlət Neft Fondunun gələnilki büdcəsi Prezidentə təqdim etdi

Dövlət Neft Fondunun gələnilki büdcəsi Prezidentə təqdim etdi

13 Dekabr 2021
Baxış: 483

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, dekabrın 13-də ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.

Yığıncaqda Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.