08 May 2024
DİQQƏT! Metroda qatarların hərəkət qrafiki DƏYİŞDİ - CƏDVƏL

DİQQƏT! Metroda qatarların hərəkət qrafiki DƏYİŞDİ - CƏDVƏL

06 May 2022
Baxış: 629

"Bakı Metropoliteni” QSC-nin "Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət qrafikində dəyişiklik edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin rəsmi saytında məlumat yerləşdirilib.

Yeni hərəkət qrafiki ilə buradan tanış olmaq mümkündür.

"Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən Oxu.az-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mərhələli qərarları ilə pandemiya şəraitində bir sıra yumşalmalar həyata keçirilir: "Bununla əlaqədar Bakı metropolitenində sərnişin sayı və axınında da müvafiq artım və dəyişikliklər baş verir. Verilən qərarları diqqətdə saxlayan "Bakı Metropoliteni” QSC fevral ayından başlayaraq, monitorinqləri daha da sıxlaşdırılmış qaydada və verilmiş qərarların mümkün təsirləri nəzərə alınmaqla aparır. Stansiyalarda sərnişin sayı, sıxlığı, axını və istiqamətləri ilə yanaşı, girişdən platformaya qədər stansiyaların yüklənməsi, qurğuların fəaliyyəti, hərəkət qrafiki və buna müvafiq olaraq ventilyatorların iş qrafiki müntəzəm monitorinqlərin əsas tərkib hissələrindəndir.
Hazırda metropolitendə aparılmış monitorinqlərin nəticəsinə uyğun olaraq, gur saatlar 7:30-9:30 və 17:30-19:30 olaraq saxlanılır. Ehtiyat qatarların xəttə buraxılması ardıcıllığının müvafiq monitorinqləri əsasında, qatarların hərəkət qrafikinə müvafiq dəyişikliklər edilib. Bu məsələlər xüsusi nəzarət altında saxlanılır və günün saatlarına görə sıxlıq, sərnişin axını və s. araşdırma parametrlərinə uyğun zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılır”.