10 May 2024
DİQQƏT! Bakının iki rayonunda qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının iki rayonunda qaz KƏSİLƏCƏK

07 Sentyabr 2022
Baxış: 360

Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AJMEDİA.İNFO xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı 8 sentyabr saat 08:00-dan etibarən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, "Azərneftyağ" (5/6sex)”, “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.