08 May 2024
DİN: Salyanda 14 yaşlı uşağın nikaha sövq edilməsi ilə bağlı məsələ nəzarətə götürülüb

DİN: Salyanda 14 yaşlı uşağın nikaha sövq edilməsi ilə bağlı məsələ nəzarətə götürülüb

01 Noyabr 2021
Baxış: 532

Daxili İşlər Nazirliyi (DİN) Salyanda azyaşlının nikaha sövq edilməsi ilə bağlı məsələni nəzarətə götürüb.

AJMEDİA.İNFO xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda Salyan Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb.

Qurum rəsmisi qeyd edib ki, valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Salyanın Şorsulu kəndində 14 yaşında yeniyetmə erkən nikaha sövq olunub. İyul ayında uşağın nişan mərasimi keçirilib. O da bildirilib ki, 8-ci sinifdə təhsil almalı olan uşağın valideynləri məktəb rəhbərliyi ilə onun dərsə getməməsi məsələsini həll ediblər.

Azyaşlının toyunun yanvar ayında, uşağın 15 yaşı olduqdan sonra keçirilməsi nəzərdə tutulur.