13 May 2024
Deputat Tahir Kərimlidən müxalifətə SƏRT SÖZLƏR: "Bunu görməyəcəksiniz!"

Deputat Tahir Kərimlidən müxalifətə SƏRT SÖZLƏR: "Bunu görməyəcəksiniz!"

27 Dekabr 2021
Baxış: 667

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Tahir Kərimli bəzi siyasi dairələrə qarşı tənqidi fikirlər bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, deputat ötən həftə çıxışına görə sosial şəbəkələrdə söyüldüyünü deyib.

“Bilmirəm əvvəldən bu qədər söyüş var idimi, yoxsa indi çoxalıbmı. Bu qədər söyüş olar? Bizim yaltaqlığa nə ehtiyacımız var ki? Övladımız, özümüz üçün nə istəyirik ki?!

Deyirlər Tahir Kərimli deyib ki, prezidentin alternativi yoxdur. Bəs yoxdur da. Siz özünüz müxtəlif illərdə uduzdunuz. Minlərlə insanı küçədə əzdirdiniz. Müsavat AXCP-ni, AXCP Müsavatı xəyanətdə ittiham etdi. Siz neçə il oturdunuz parlamentdə nə etdiniz ki. Biz xalqın problemini dilə gətiririk. İstəyirsiniz ki, biz də söyək prezidenti, bunu görməyəcəksiniz! 22 il işsiz qaldım. Amma heç kimin yanında olmadım. Siz istəyirsiniz ki, siz iqtidara yaxın olanda biz də yaxın olaq, siz uzaq olanda da uzaq olaq. Yalan vədlərlə xalqı aldatmayaq”.(Teleqraf.com)