13 May 2024
Deputat Razi Nurullayev jurnalistləri TƏHQİR ETDİ: “Onlar ata-anasını tanımayanlardır”

Deputat Razi Nurullayev jurnalistləri TƏHQİR ETDİ: “Onlar ata-anasını tanımayanlardır”

13 İyul 2022
Baxış: 377

Prezident İlham Əliyevin 8 iyul tarixində Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik postuna rəy yazan deputat Razi Nurullayevin diqqətsizliyi böyük ajiotaja səbəb oldu. R.Nurullayevin Qurban bayramında ölkə başçısını Ramazan bayramı münasibətilə təbrik etməsi onun hədəfə çevrilməsilə nəticələndi. Yüzlərlə sosial şəbəkə iştirakçısı həmin rəyi paylaşaraq, deputatı sərt tənqid etdi.


AJMEDİA.İNFO xəbər verir ki, deputat redaktə səhvindən istifadə edib onu tənqid və təhqir edənləri çox sərt şəkildə təhqir edib. O, sosial şəbəkə hesabında həmin adamların valideynlərinə ağır söyüşlər ünvanlayıb:

“Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olursa-olsun ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”.

Qeyd edək ki, R.Nurullayevin bu rəyi sosial şəbəkə iştırakçıları tərəfindən tənqidlə qarşılanıb. Onlar deputatı tənqidə dözümsüzlükdə günahlandıraraq jurnalistlərə və sosial şəbəkə iştırakçılarına ünvanladığı təhqiri ona yaraşdırmadıqlarını bildiriblər.