12 May 2024
Deputat Anatoliy Rafailovun doğum günüdür

Deputat Anatoliy Rafailovun doğum günüdür

05 Fevral 2024
Baxış: 514

Bu gün Həkim, siyasətçi, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Cibuti, Əfqanıstan, Rusiya, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, VI çağırış, 53 saylı Quba-Qusar seçki dairəsi Milli Məclisinin deputatı Anatoliy Rafailovun doğum günüdür.

O, 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir.
1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə «Hesed Qerson» Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən «Sağlam ailə» MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir.

4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şöhrət ordeni ilə təltif edilib.

Azərbaycan Yəhudi Media Mərkəzi adından Milli Məclisin deputatı Anatoliy Rafailovu səmimi qəlbdən təbrik edirik.